İçərişəhərdə öldürülən falçı kim olub?

16-03-2015, 19:21   
İçərişəhərdə öldürülən falçı kim olub?
Bakıda öldürülən 45 yaşlı falçı müştərisini aldadıbmış. Tahir Talıbovun bıçaqlanıb qətlə yetirilməsinə səbəb kimi onun qarşı tərəfin pulunu mənimsəməsi göstərilir.

Axar.az-a İçərişəhər sakinindən verilən məlumata görə, hazırda istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Ehtimal olunur ki, özünü Hacı Tahir kimi təqdim edən şəxs vətəndaşa kələk gəlib.

İçərişəhərdə, Firdovsi 5 ünvanında kirayə yaşayan T.Talıbov ailə həyatı qurmamış xanımların bəxtini açmaqla məşğul imiş.

Ona müraciət edənlərin əksəriyyətinin qızlar olduğu deyilir. Həmçinin, kəbin kəsmək, dua yazmaq işlərinə də baxırmış. Hadisə martın 14-də baş verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.