Prezident İlham Əliyevin Bərdə şəhərinə səfəri zamanı ilginc olay baş verib. Xalqxeber.Az-ın verdiyi məlumata görə, ölkə başçısı ilə görüşə gələn 85 yaşlı Bərdə şəhər sakini Səlim Əsədov polislər tərəfindən həbs olunub. Şəhid atası polislərə Prezidentlə görüşmək istədiyini və problemlərini anlatmaq üçün gəldiyini dilə gətirib. Bu zaman polis şöbəsinin əməkdaşları şəhid atasını yerə yıxaraq, onun İlham Əliyevlə görüşünə icazə verməyəcəklərini bildiriblər. 85 yaşlı Səlim Əsədov polislərə torpaqlarımızın müdafiəsi uğurunda canından keçmiş Elçin Əsədovun atası olduğunu bildirirərək, hər bir Azərbaycan vətəndaşı kimi ölkə başçısı ilə görüşmək hüququnu qeyd etmişdir. Polislər şəhid atasının İlham Əliyevlə görüşmək üçün israrlı olduğunu görüb, Ona icra başçısı Vidadi İsayevin icazə vermədiyini bildirmişlər. İcra başçısına sizin görüşmək istədiyinizi məlumat verdik lakin Vidadi müəllim bu görüşün baş tutmasına razılıq vermədiyini polislər deyiblər. Şəhid atası polislərə dirəniş nümayiş etdirərək, burdan heç bir yerə getmiyəcəyini bildirdiyi təqdirdə onu polislər zorla maşına mindirərək ərazidən uzaqlaşdırmışdır. Rayon sakinlərinin Xalqxeber.Az-a verdiyi məlumata görə, Prezident İlham Əliyev Bərdə şəhərindən Bakıya qayıdana kimi, şəhid atası polis şöbəsində saxlanılmışdır. Axşama kimi ac və susuz saxlanılan 85 yaşlı şəhid atası icra başçısının bu hərəkətini qəti şəkildə pisləmiş və lazımi orqanlara müraciət edəcəyini bildirmişdir.
P.S. İcra başçısının bu addımına bir ad vermək olar oda şəhidlərə və şəhid ailələrinə hörmətsizlik. Bir sözlə desək antimillilik.
İcra hakimiyyətinin mövqeyini öyrənməyə hazırırq. Növbəti sayımızda şəhid ailəsindən hazırladığımız video-reportajı sızlərə təqdim edəcəyik.