Canlı yayımda cinayət etirafı - Milyarder

16-03-2015, 23:55   


Amerikalı milyarder Robert Derst həbs olunub. Axar.az “nytimes.com”a istinadən xəbər verir ki, HBO telekanalında həyatı ilə bağlı çəkilən sənədli filmin müzakirəsi zamanı məşhur milyarder öz cinayətini dilə gətirib. Mikrofonun işlək vəziyyətdə olduğunu unudan Robert Derst öz-özünə deyib: “Mən nə etdim? Əlbəttə ki, onu öldürdüm”. Bu sözlərdən sonra hadisə yerinə polis əməkdaşları gəlib və milyarderi sorğuya çəkiblər. Bir müddətdən sonra Robert Derst öz cinayətini etiraf edib. Xatırladaq ki, milyarder 15 il öncə yoxa çıxan xanımı ilə bağlı bir müddət polis nəzarətində olmuş, lakin polis heç nə sübut edə bilmədiyinə görə sərbəst buraxılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar