Son günlər Rusiya Federasiyasının prezidenti Vladimir Putin barədə müxtəlif fikirlər səsləndirilir. Bir qisim Putinin insult keçirdiyini, bir qisim isə ümumiyyətlə dövlət çevrilişi olduğunu və hakimiyyətin hərbçilərin əlinə keçdiyini deyir. Putinin sözçüsü olan Dmitri Peskov isə heç bir açıqlama vermir.Yenilik.Az xəbər verir ki, FaktXeber.com-un verdiyi məlumata görə, onun son bir həftədə sadəcə bir açıqlaması Putinin səhhətində heç bir problemin olmadığı barədədir. Hər kəsin Kremlə yaxınlığı ilə tanıdığı politoloq Heydər Camal da müsahibəsində hərbi çevriliş fikrini söyləyib.
Amma biz bu məqalədə Putinin səhhəti barədə deyil, onun oxşarları barədə danışacağıq.
Rusiyanın prezidenti Vladimir Putinin çıxışlarına baxanda gah onu gündən qaralmış, gah solğun, gah barmaqları qalın, gah nazik, gah dodaqları nazik, gah da kəpənək dodaq görürük. Prezident seçkilərinin nəticələrinin açıqlandığı gecə Putinin məşhur ağlamaq səhnəsini yadınıza salın. Gözündən yaş axıtdıqca, biz görürük ki, bunun görünüşü bir il əvvəlki Putinin görünüşündən fərqlidir. Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin oxşarı 1996-ci ildə ortaya çıxmışdı. Lakin plastik əməliyyata dözməyərək, dünyasını dəyişmişdi.
Belə bir məlumat var ki, Putinin oxşarlarından biri öz bioqrafiyasını və yaxınlarını unudur. Əgər Putinin oxşarları yoxdursa, onda bu şəkillər arasındakı fərqlər barədə açıqlama verilməlidir.
Vladimir Putinin 6 fərqli fotosu artıq internetdə gəzir.
Rusiyadakı son prezident seçkilərindən sonra təşkil edilmiş mitinqdən sonra sosial şəbəkələrdə “Putinin botoksu axıb” kimi şərhlər yazılırdı. Lakin plastik əməliyyatla bağlı versiya qəbuledilməzdir. Birincisi, Putin ekranlarda fəal çıxış edirdi. Əməliyyat və ondan sonrakı bərpa isə ən azı bir neçə həftə tələb edir. İkincisi, əgər Vladimir Putinin 12 illik video və fotolarını analiz etsək görərik ki, 12 il ərzində Putinin görünüşü bir neçə dəfə dəyişib. Bu o deməkdir ki, ya Putin mütamadi şəkildə plastik əməliyyatlar edir (bu inanılmazdır) və ya onun oxşarları var.
Hətta, 2012-ci ildə Rusiyanın müxalif informasiya agentlikləri, “Görəsən 4 Putinin hamısı andiçmə mərasiminə gedəcək?” adlı qalmaqallı məqalə dərc etmişdi.
FaktXeber.com-un verdiyi məlumata görə, internetdə Putinin görünüşünün aşkar fərqləri tez-tez müzakirə olunur. Xüsusilə kəllənin forması, göz çökəklərinin eni, çənənin forması almacıq sümüyü sümüklərinin forması, burun forması, saçların bitmə sərhədi, qaş quruluşu, gözünün rəngi və baxışları. Belə dəyişikliklərə plastik əməliyyatların köməyi ilə nail olmaq mümkün deyil.
2011-ci ildə İnternetdə yayılan fotolarda Vladimir Putinin gözlərini udmurdların gözlərinə oxşadıblar. Cavanlığında onun dodaqları qalın idi, lakin bu gün gördüyümüz Putinin dodaqları nazikdir. Kadrdan kadra onun gözlərin rəngi, qulaq seyvanının forması və burunun xətti dəyişir. Köhnə kadrlarda Putinin əlləri onun peşəsinə uyğundur, lakin Putinə oxşarının əlləri kobud, barmaqlarını isə qalın görürük. Sanki o, ağır fiziki işlə məşğul olur. Bu faktı yaş dəyişiklikləri ilə izah etmək olmaz.
Xatırladaq ki, Rusiya tarixində oxşarlarından istifadə edən dövlət başçıları az olmayıb. Məsələn, I Pyotr Avropaya səfərdən sonra o, heyrət doğuracaq dərəcədə dəyişdi.
Versiyalardan birinə görə, Rusiyaya Pyotr yox, başqa insan qayıtdı. Biz hamımız Rusiyanın birinci prezidenti Boris Yeltsini xatırlayırıq. FaktXeber.com-un verdiyi məlumata görə, “Yeltsinin Kodu” kitabının müəllifi Yuri Muxin güman edir ki, əsl Yeltsin hələ 1996-cı ildə öldü və ya oldürüldü. Müəllif bunu vurğulayır ki, Yeltsinin urək əməliyyatından sonra ekranlarda tam fərqli bir şəxs görünməyə başladı. Yeltsinin bir neçə oxşarı var idi. Oxşarların imicmeykeri də Yeltsinin doğma qızı olub. Belə bir sual yaranır: görəsən Yeltsinin oxşarlarının başında kim dururdu? Putini hakimiyyətə gətirən kim olub? Biz görürük ki, Vladimir Putin görünüşü ekranlarda tez-tez dəyişir. Bəs həqiqətdə Rusiya kimin əlindədir?