Ötən gün Bakıda gənc qız özünü öldürmək istəyib.
ANS PRESS-in məlumatına görə, hadisə Nizami rayonunda baş verib.
Rayon ərazisində yaşayan 23 yaşlı Q.Z. bayram axşamı kefsiz olub. Ailə üzvlərinə heç nə deməyib və otağına girib. Bir neçə saat sonra qızdan səs-səmir gəlmədiyi üçün anası onun otağına gedib. Ana qızı huşsuz halda tapıb. Qız üçün həkim çağırılıb.
Qızın zəhərləndiyi məlum olub. Onu xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində Q.Z.-nın həyatını xilas etmək mümkün olub. Müayinə zamanı məlum olub ki, qız çoxlu dərman içib və intihar etmək istəyib.
Onun intihar etməsinə sevgilisindən ayrılması səbəb olub. Demə Q.Z. sevdiyi oğlanla İlaxır çərşənbəni qeyd etmək istəyib. Onlar görüşüblər. Lakin qızın geyimi oğlanın xoşuna gəlməyib. Qızın həddindən artıq qısa geyimi oğlanı əsəbləşdirib. Arada mübahisə yaranıb. Mübahisə zamanı oğlan Q.Z.-ni söyüb.
Qeyd edək ki, sevgilisinin intihar etmək istədiyini eşidən gənc oğlan xəstəxanaya gedib. Onların barışdığı bildirilir.
Mənbə
ANS PRESS