101 nəfər cəzadan azad edildi; Azadlığa buraxılanlar sırasında 4 vicdan məhbusu da var; Əfv Komissiyasının üzvü və hüquq müdafiəçiləri sərəncamı dəyərləndirdilər; müxalifətdən isə tənqid gəldi
Azərbaycan prezidenti İlham Əliyev martın 18-də növbəti əfv sərəncamı imzalayıb. Sərəncamla 101 nəfər cəzadan azad edilib; bunlardan 90 nəfəri həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub.
Prezidentin sərəncamı ilə aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:
1. Abasova İradə Məhəmməd qızı
2. Abdullayev Elçin Eldar oğlu
3. Abdurəhmanova Şahnaz Kamal qızı
4. Ağayev Pərviz Zabit oğlu
5. Babayev Anar Ağagül oğlu
6. Babayev İlqar Qurban oğlu
7. Babayev Mehti Mir Ağa oğlu
8. Babayev Vüsal Bəxtiyar oğlu
9. Bayramov Fərrux Tahir oğlu
10. Bayramov Turxan Şamil oğlu
11. Bayramova Solmaz Bayram qızı
12. Bəkərov Cavanşir Alik oğlu
13. Bənibəşarəti Səbuhi Qulam oğlu
14. Cəfərov Vurğun Mahmud oğlu
15. Cəfərov Zaur Tahir oğlu
16. Dadaşov Azər Əhməd oğlu
17. Dursunov İqbal Məsən oğlu
18. Eldarov Elşən Şövkətoviç
19. Əhədzadə Ceyhun Məzahir oğlu
20. Əhmədov Bayram Vəli oğlu
21. Ələkbərov Mahir Tarix oğlu
22. Əlisoltanov Mahir Soltanməcid oğlu
23. Əlişli Rauf Əliş oğlu
24. Əliyev Elçin Qurban oğlu
25. Əliyev Əziz Məmməd oğlu
26. Əliyev Xəqani Nəriman oğlu
27. Əmrayev Xudaverdi Balağa oğlu
28. Ərəbxanov Ramiz Mehman oğlu
29. Əyyubzadə Orxan İbrahiməjdər oğlu
30. Əzizov Anar Oktay oğlu
31. Əzizov Nahid Mahir oğlu
32. Fərəcli Rauf Mircahangir oğlu
33. Fərzəliyev Hidayət Tahir oğlu
34. Hacıyev Pərviz Vaqif oğlu
35. Həsənov Etibar İsaq oğlu
36. Həsənov Fərahim Əlverdi oğlu
37. Həsənov Fikrət Hikmət oğlu
38. Həsənov Rövşən İlqar oğlu
39. Həsənov Səbuhi Nazim oğlu
40. Hüseynov Kamal Gülağa oğlu
41. Hüseynov Zamiq Elman oğlu
42. Hüseynzadə Aydın Adil oğlu
43. Xəlilov Eşqin Camal oğlu
44. Xəlilov Rza Rəşid oğlu
45. Xudaverdiyev Hüseyn Arzu oğlu
46. İbrahimov Mirağa Bahəddin oğlu
47. İdrisov İdris Nəcməddinoviç
48. İmanova Seranə Seydəmir qızı
49. İsayev Rizvan Məhəmməd oğlu
50. İsxanov Eyvaz Həmid oğlu
51. İslamzadə Elgün Qalib oğlu
52. Kərimov Bəhruz Ələddin oğlu
53. Kuzəhmədov Fuad Nərimanoviç
54. Qafarlı Əlizadə Rövşən oğlu
55. Qasımlı Anar Əsgər oğlu
56. Qazıxanov Şaiq Zəkrulla oğlu
57. Qəhrəmanov Azad Əvəz oğlu
58. Quliyev Emil Mehrəməli oğlu
59. Quliyev Mahir Elman oğlu
60. Quliyev Seymur Aloksat oğlu
61. Quliyev Şahin Böyükağa oğlu
62. Mamedov Zamin Qafar oğlu
63. Məcnuni Rəhimağa Həsən oğlu
64. Məhərrəmov Aqil Rais oğlu
65. Məhyəddinov Valeh Xasməmməd oğlu
66. Məmmədov İbrahim Mirzə oğlu
67. Məmmədov Ramil Qabil oğlu
68. Məmmədov Ruslan İlyas oğlu
69. Məmmədrzayev Elşad Şahin oğlu
70. Mənafov Anar Yusif oğlu
71. Muxtarova Şəhla Qabil qızı
72. Musayev Emin Əkbər oğlu
73. Mustafayev Kamran Əziz oğlu
74. Mutuxov Rəcəb Nurmahama oğlu
75. Orucov Fərhad Əhliman oğlu
76. Panaliyev Emin Bahadır oğlu
77. Paşutkin Yuriy Serqeyeviç
78. Rəhimov İlqar Bəxtiyar oğlu
79. Rzayev Hakim Ramiz oğlu
80. Sadıqlı Xasaybəy Elbaris oğlu
81. Sadıqov Mahal Bəhlul oğlu
82. Sadıqov Rac Vidadi oğlu
83. Sadıqova Almaz Aydın qızı
84. Səfərov Elşən Rafiq oğlu
85. Süleymanlı Bəşir Süleyman oğlu
86. Troşenkov Rövşən Viktor oğlu
87. Tumarov Kamran Kamal oğlu
88. Vəliyev Ramil Rəhim oğlu
89. Yaqub Dursun oğlu (Gürcüstan vətəndaşı)
90. Yusifov Şahlar Hidayət oğlu
İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilib:
1. Hüseynov Bahadur İldırım oğlu
2. Məmmədov Tural Mönsüm oğlu
3. Musayev Bəxtiyar Paşa oğlu
4. Şərifov Ramin Məmməd oğlu
Cərimə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad ediliblər:
1. Həmidov Elnur Rasim oğlu
2. Hüseynov Elgün Raqub oğlu
3. İsgəndərov Elnur Oqtay oğlu
4. Quliyev Allahverdi Nazim oğlu
5. Məmmədov Rusif Yusif oğlu
6. Nağdaliyeva Asiya Qafar qızı
7. Şükürov Maxsud Dilsuz oğlu
Əfv sərəncamı azad edilən Bəşir Süleymanlı (Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru), ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və “NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə vicdan məhbusu elan edilmişdilər.
Son günlər əfvlə bağlı gedən müzakirələrdə Novruz bayramında daha çox vicdan məhbusunun azadlığa buraxılacağına dair rəylər vardı. Həmçinin İsmayıllı işinə görə həbs olunan Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat”ın köşə yazarı Tofiq Yaqublunun, REAL həmsədri İlqar Məmmədovun, jurnalist Pərviz Həşimlinin və digərlərinin də əfvə düşəcəyinə ümid edilirdi. Ancaq onlar əfvə düşmədilər...
Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev qeyd etdi ki, əfv sərəncamı istənilən halda müsbət qiymətləndirilməlidir: “Çünki əfv sərəncamının imzalanması xeyli sayda Azərbaycan ailəsinə sevinc, xoşbəxtlik bəxş edir. Cənab prezidentin əfv sərəncamı yüksək səviyyədə qiymətləndirilir, bu onun tərəfindən atılmış növbəti humanist addımdır. Bayram ərəfəsində əfv sərəncamlarının imzalanması ailələrə ikiqat sevinc bəxş edir. Mən cənab prezidentimizə təşəkkür edirəm ki, ayrı-ayrı ictimai təşkilatların, şəxslərin, QHT-lərin, İnsan haqları üzrə Birgə İşçi Qrupunun da rəyini, təkliflərini nəzərə alaraq növbəti əfv sərəncamı imzaladı. Məsələnin siyasi tərəflərinə gəldikdə, burada da çox müsbət məqamlar var; hər bir əfv sərəncamı cəmiyyətdə barış əhval-ruhiyyəsinin möhkəmləndirilməsi, etimad mühitinin güclənməsinə xidmət edir, vətəndaşların dövlətə inamını gücləndirir, onların hüquqlarının dövlət tərəfindən daim müdafiə edilməsinə əminlik yaradır. Həmçinin müxtəlif cinayətlər törətmiş şəxslərin cəzalarının müəyyən hissəsini çəkdikdən sonra cəmiyyətə inteqrasiyası, bir daha belə səhvlərə yol verməmələri üçün şans yaradır. Bu baxımdan da fərmanın əhəmiyyəti çox böyükdür”.
A.Quliyev bildirdi ki, əfv sərəncamı verilərkən bir sıra vətəndaş cəmiyyəti institutlarının, o cümlədən İşçi Qrupunun da təklifləri nəzərə alınıb: “Sərəncamla İşçi Qrupunun təqdim etdiyi siyahıda adları olan bir neçə də azadlığa buraxılıb, qurumun müraciətinə adekvat redaksiya verilib. Bu baxımdan da fərman çox əhəmiyyətlidir ki, dövlət-QHT münasibətləri daha da yaxınlaşır. Bu, həm də bir mesajdır ki, bu kimi problem kimi təqdim edilən məsələlər Azərbaycanın daxilində həll edilə bilər. Bu, həmçinin digərlərinə də bir mesajdır ki, dəstəyi hansısa xarici qurumlardan deyil, dövlətdən, cənab prezidentdən gözləməlidirlər. Bütün bunları nəzərə alaraq bir daha qeyd edirəm ki, əfv sərəncamı ancaq pozitiv qiymətləndirilə bilər və qiymətləndirilməlidir”.
Hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu dedi ki, ümumilikdə 101 nəfərin əfv olunmasına çox sevinir: “Hər bir halda 101 nəfər əfv olunub, cəzadan azad edilib. Həmçinin bizim daim diqqətimizdə olan bir məhkum xanım - ədalətli mühakimə olunmadan həbs edilmiş, 4 uşaq anası Şəhla Muxtarovanın, ilahiyyətçilərin, Bəşir Süleymanlının, Orxanın azad edilməsi də bizi sevindirir. Ancaq çox istərdik ki, cənab prezident bizim təqdim etdiyimiz siyahıda adları olan siyasi və vicdan məhbuslarının hamısı azad etsin. Biz xahiş etmişik ki, Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqov, Pərviz Həşimli, Əli İnsanov, Akif Muradverdiyev, Hilal Məmmədov və digərləri də azad edilsinlər. Bütün bu şəxslərin də tezliklə azadlığa buraxılması lazımdır. Bunun üçün ya amnistiya verilməlidir, ya da yaxın vaxtlarda növbəti əfv fərmanı imzalanmalıdır. Bu məsələ mütləq həllini tapmalıdır”.
AXP sədri Pənah Hüseyn isə bildirdi ki, bu, hüquq müdafiə təşkilatlarının, o cümlədən beynəlxalq qurumların, cəmiyyətin gözlədiyi əfv fərmanı deyil: “Biz təbii ki, əfv sərəncamında adları olanların heç birinin əleyhinə deyilik. Amma vətəndaş cəmiyyəti institutları, o cümlədən də mən gözləyirdim ki, növbəti əfv fərmanı sözün əsl mənasında bir hadisə olacaq. Təəssüf ki, bu baş vermədi. Hesab edirəm ki, siyasi məhbus kimi tanınan şəxslərin əfv olunmamasının Azərbaycana heç bir faydası yoxdur, əksinə, bunun ziyanları ola bilər”.
Maqsud MAHRIZLI //musavat.com/