Rusiya bombardmançı təyyarələri Litva sərhədinə yaxın yerləşən Kalininqrad vilayətindəki poliqonu bombalayacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, bombardmanı ən yeni Su-34 təyyarələri həyata keçirəcək.
Qeyd edək ki, Kalininqrad vilayətində pilotların təlimi üçün Rusiyanın yalnız bir poliqonu var. Onun sərhədində isə NATO üzvü olan Litvaya aid kəndlər yerləşir.