Ukraynada müharibə yenidən başlaya bilər. Bir qədər əvvəl Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbas regionuna xüsusi idarəetmə statusunun verilməsinə dair qəbul etdiyi qanun layihəsi ruspərəst üsyançıların xoşuna gəlməyib. Üsyançılar bildiriblər ki, qanun layihəsinə təktərəfli şəkildə dəyişiklik edilib. Bu isə, Minsk razılaşmasının pozulması deməkdir.
Yeni qanun layihəsində Donetsk və Luqanskda rəhbərliyin müəyyən edilməsi üçün yerli əhali arasında seçkilərin keçirilməsi nəzərdə tutulur. Lakin hazırkı Donbas liderlərinin seçkilərdə iştirakına isə səlahiyyət verilmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da rəhbərliyin Kiyevin istəyinə uyğun olaraq müəyyənlşdirməsinə qarşı çıxıb.
Ötən gün Avdeyevka şəhərində üsyançılar hökumət qüvvələrinin mövqelərini atəşə tutmağa başlayıblar. Ukraynalı əsgərlər ağır artilleriya zərbələrinə məruz qaldıqları barədə Kiyevə məruzə ediblər. Hazırda təmas xəttində vəziyyət gərgindir.