Erməni ordusunun cəbhə xəttində bpyük itkilər verməsi düşmən ölkədə ciddi bir çaxnaşmaya, sosial gərginliyə səbəb olub.

20-03-2015, 11:51   


Erməni ordusunun cəbhə xəttində bpyük itkilər verməsi düşmən ölkədə ciddi bir çaxnaşmaya, sosial gərginliyə səbəb olub. Vəziyyət o həddədir ki, erməni cəmiyyətinin tanınmış simaları da öz yarıtmaz hakimiyyətlərinə etiraz edir, Qarabağdakı itkilərin hesabatını sorurlar.
olaraq bu tipli etirazlardan birini diqqətinizə təqdim edirik. Belə ki, özünün internet səhifəsində çıxış edən erməni jurnalist Romella Mnatsakanyan yazır:
“Dünən günü faciə ilə açdıq. Biz Artsaxın şanlı oğullarını itirdik. Sözsüz, döyüşçülərimiz düşmənin çoxsaylı həmlələrini dəf edərkən mərdlik və qəhrəmanlıq nümayiş etdirdilər.
Biz fəxr etməliyik ki, Ermənistanın və Artsaxın belə oğulları var.
Amma burada bir anlaşılmazlıq var. Nədən cəbhədəki həqiqi itkilərimizlə bağlı səhih bilgiləri ayrı-ayrı jurnalistlərin dilindən eşidirik... rəsmilərin YOX!
Və düşmənin diversiyaları vaxtı verdiyimiz itkiləri nədən gizlədirik? Dünən bütün KİV-lər 3 nəfərin həlak olması və 4 nəfərin yaralanması xəbərini yaydılar.Amma efirdə fərqli rəqəmlər səsləndirildi”..
Gunay I.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar