Tam Günəş tutulması - Video

20-03-2015, 16:27   
Tam Günəş tutulması - Video


2015-ci ilin ən çox gözlənilən astronomik hadisəsi - tam Günəş tutulması baş verdi.

Ans press-in məlumatına görə, tam fazalı Günəş tutlmasının hərəkəti saat 13:09-da Atlantik okeanın Qrenlandiya tərəfindən başlayıb və saat 14:21-də Şimal qütbündə başa çatıb.

​Ummuyyətlə, tutulma prosesi saat 11:40-da başlayıb, saat 15:48-də başa çatacaq. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir.

Tam günəş tutulması Norveç dənizində - İslandiya ilə Norveç arasında müşahidə edilib. Mütəxəssislərin sözlərinə görə, günəş tutulmasını bəzi Skandinaviya ölkələri, Böyük Britaniya, Rusiyanın şimalında, Şimali Afrika, Şimali Asiya da qismən müşahidə etmək mümkündür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar