Rusiya yaxın zamanlarda bəşəri ixtiralardan birinə imza ata bilər.
Axar.az xəbər verir ki, rusiyalı alimlər bir dəfəyə 7 min kilometr məsafə, saatda nə az nə çox, 2 min kilometrdən çox yol qətetmə qabiliyyətinə malik təyyarələr üzərində çalışır. “PAK TA” adı verilən layihə həyata keçərsə, Rusiya ordusunun tankları və ağır silahları 7 saat ərzində dünyanın istənilən nöqtəsinə çata biləcək.
RT-nin xəbərinə görə, 200 tona qədər ağırlıq daşıya biləcək yük təyyarələrindən 2024-ci ildən etibarən 80 ədəd istehsal ediləcək. Layihənin əsas məqsədi isə Rusiyanın yeni nəsil Armada tanklarının və digər ağır silahlarının bir təyyarə ilə sürətli şəkildə daşınmasını təmin etməkdir.