Zbiqnev Bzejinskidən Rusiya ilə bağlı xəbərdarlıq

21-03-2015, 10:41   
Zbiqnev Bzejinskidən Rusiya ilə bağlı xəbərdarlıqABŞ prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş, nüfuzlu politoloq Zbiqnev Bzejinski Rusiyanın “böyük müharibəyə” hazırlıqla bağlı ciddi narahat olduğunu bildirib.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, politoloq xəbərdarlıq edib ki, Kreml Ukraynaya münasibətdə öz siyasətini elə apara bilər ki, konfrontasiyadan qaçar, lakin nəticədə Ukrayna iqtisadiyyatı total kollapsa tuş gələr. Bu barədə o, Brüssel forumundakı çıxışı zamanı bildirib.

“Problem ondadır ki, Rusiya bizim sanksiyalardan əziyyət çəkir, ancaq böyük güc olaraq qalır, ona görə də geosiyasi situasiyada böyük dəyişikliklərə nail ola bilir” – Bzejinski deyib.

Bu xüsusda o, əminlik ifadə edib ki, Rusiyaya dəqiq deyilməlidir ki, “şüurlu şəkildə gücdən istifadə, hətta hərdənbir istifadə Rusiyanın ödəyəcəyi daha böyük qiymətə səbəb olacaq və biz bundan ötrü bütün hərəkətləri etməyə hazırıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar