Suriyanin Haseki əyalətində PYD kürd döyüşçülərinin nəzarətində olan ərazidə keçirilən Novruz şənliyində terrorçular partlayış törədib.
Röytersin məlumatına görə, Əl Müfti rayonunda və Saliyyə məhəlləsinə törədilən intihar partlayışı nəticəsində azı 20 nəfər ölüb, 80 nəfər yaralanıb. Qurbanların çoxunun uşaq və qadınlar olduğu deyilir.
Hücumdan sonra kürd qruplar Novruz bayramı ilə bağlı bütün tədbirləri təxirə salınıb. Terror hücumunun İŞİD qruplaşması tərəfindən həyata keçirildiyi iddia olunur.
Mənbə
CNN Türk