Günahsız yerə həbs edilən, milyonçu oldu - Video

21-03-2015, 15:16   
Günahsız yerə həbs edilən, milyonçu oldu - Video
ABŞ-da işləmədiyi cinayətə görə, 39 il həbsdə qalan Rikki Ceksonun təzminat tələbi ilə qaldırdığı iddia təmin olunub.

Ans press-in məlumatına görə, ABŞ Ədliyyə nazirliyinə qarşı qaldırılan iddia barədə Ohayo məhkəməsi ötən gün yekun qərarını verib.

Bu qərara əsasən ABŞ dövləti 39 il günahsız yerə həbsdə qalan Rikki Ceksona 1 milyon dollar təzminat ödəyəcək.

Qərarı eşidən Ceksonun reaksiyası isə həm həyəcanlı, həm də sevincli olub:

“Vaov! Bu çox əla bir xəbərdir” – deyə zərərçəkmiş sevincini gizlədə bilməyib.

59 yaşlı Riki Cekson 1975-ci ildə Harold Franksı öldürməkdə ittiham olunmuşdu. Həmin tarixdə Ceksonun 39 il günahsız yerə həbs olunması üçün 13 yaşlı uşağın şahidliyi kifayət eləmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar