ABŞ Ukraynaya ölümcül silahlar verə bilər

21-03-2015, 15:55   
ABŞ Ukraynaya ölümcül silahlar verə bilər

"ABŞ Ukraynaya ölümcül silahların verilməsi haqda hələ ki, qərar qəbul etməyib. Amma Minsk anlaşması reallaşmasa və ölkədə yeni zorakılıq dalğası başlasa, Vaşinqton öz mövqeyini dəyişəcək".

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland bildirib. Onun sözlərinə görə, prezident Barak Obama ölümcül silahlarla bağlı qəti qərar verməyib.

“Dediyim kimi, bu məsələ prezidentin səlahiyyətindədir. Biz yerində nə baş verdiyinə baxır və izləyirik. Biz ən yaxşı nəticənin əldə olunması - Minsk sənədinin tam həyata keçməsi üzərində işləyirik. Ancaq əgər bu, baş verməsə və yeni zorakılıqlar başlasa, bu, bizim hesablamalarımızı da dəyişəcək” - deyə Nuland Brüssel toplantısında çıxışı zamanı vurğulayıb (musavat. com).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar