Rusiyanın “Rosnano” şirkərinin başçısı Anatoli Çubays müxalifətçi siyasi xadim Boris Nemtsovun ehtimal edilən qatillərinin dini nifrət motivi əsasında hərəkət etdiklərini inandırıcı saymadığını bildirib. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, ölkə telekanallarının birindəki verilişdə qonaq olarkən bildirib.
“Mən bilmirəm, müzakirə edilən dini nifrət motivi nə dərəcədə rəsmi istintaqın qənaətidir və ya jurnalist versiyasıdır, məncə, bu, inandırıcı deyil” – deyib Çubays.
“Mən hər şeyə diqqətlə baxmışam. Boris Nemtsov Parisdəki faciəvi olayla bağlı islam haqda danışıb. Doğrudur, orada elə də sayğılı yanaşma olmayıb. Ancaq hər hansı kin-küdurət, təhqir də olmayıb. Elə şübhəli kimi saxlanılanların özləri də islam təməlçiləri deyillər” - əlavə edib Nemtsovun sabiq hökumət tərəfdaşı.
Musavat.com