Bakıda sakinlərin kabusuna çevrilən "ölüm qatarı"... - VİDEO, FOTOLAR

21-03-2015, 17:59   
Bakıda sakinlərin kabusuna çevrilən "ölüm qatarı"... - VİDEO, FOTOLAR
Xətai rayonu, Fəhlə prospekti, Mirdavud küçəsi 110 ünvanında yaşayan sakinlər yaşadıqları ərazidə hər an ölüm təhlükəsilə üz-üzədir.

Sakinlər deyir ki, dəmiryol reysləri evlərinin bir addımlığında yerləşdiyi üçün uşaqlar da çöl üzünə həsrət qalıb. İnsanların evdən bayıra çıxması hər an təhlükə deməkdir. İşə gedib gələnlər, məktəblilər dəmiryol reyslərinin üzərindən keçməli olurlar.

Sakinlərin sözlərinə görə, bu ərazidə ev tikməyə onların hər birinə rəsmi şəkildə icazə verilib. Evlərin qanuni sənədləri də var.

Samir adlı məktəbli deyir ki, burada dəfələrlə ölüm təhlükəsi ilə qarşılaşıblar: "Bir dəfə qatar qoyun-quzunu tələf etmişdi. Dəfələrlə məktəblilər burada yaralanıb. Biz də yola çıxmağa qorxuruq. Ancaq məhəllə arasında başqa yol olmadığı üçün reyslərin üzəri ilə getməyə məcburuq".

Ərazidə yaşayan sakin Kifayət Quliyeva deyir ki, dəfələrlə dəmiryolu idarəsinə gedib və problemi bildirib, ancaq heç bir nəticə yoxdur: "Gecə-gündüz yük qatarlarının səsindən yata bilmirik. Dəmiryol işçiləri siqaret almaq üçün də bir neçə metrlik məsafəni qatarla gedib gəlirlər, yaxınlaşanda xəbərdarlıq siqnalı belə vermirlər".

Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Salmanov,
Fotolar müəllifindir.








Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar