62 yaşlı kişi "dixlafosla" aeroportu ayağa qaldırdı

21-03-2015, 20:08   
62 yaşlı kişi "dixlafosla" aeroportu ayağa qaldırdı
ABŞın Nyu Orleans beynəlxalq hava limanında nəzarət-buraxılış məntəqəsini əməkdaşları 62 yaşlı bir şəxsin hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Riçard Vayt məntəqəyə yaxınlaşaraq, yoxlama aparan iki əməkdaşı və növbədə duran sərnişinlərin üzərinə həşərat əleyhinə sprey buraxıb. Daha sonra köynəyin altında gizlətdiyi maçeteni çıxaraq, metal detektordan keçib və Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının xanım əməkdaşının üzərinə hücum çəkib.

Potensial terrorçunu zərərsizləşdirmək üçün həmin qadın zabit odlu silahdan 3 dəfə atəş açaraq, Uaytı ağır yaralayıb. Hazırda xəstəxanada ağır vəziyyətlə olan şübhəlinin hücumunun motivləri araşdırılır.

Hüquq mühafizə orqanları şübhəlinin təyyarəyə silahla keçmək üçün bu insidenti törətməsi versiyasının az inandırıcı olduğunu bildirib.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.