Syerre-Leone dünyanın ən kasıb ölkələrindən biridir.
Publika.az-ın məlumatına görə, bir tərəfdən illərdir davam edən vətəndaş müharibəsi, diğər tərəfdən sürətlə yayılan Ebola virusu ölkəni viran qoyub.
Kasıbçılıq olan yerdə isə cinayətkarlığın səviyyəsi həmişə yüksək olur. Bu ölkə uşaq cinayətkarlığına görə də dünyada ilk yerlərdən birini tutur.
Avropalı fotoqraf Fernando Moleres Afrikaya gedərək Syerre-Leonedə azyaşlı cinayətkarlar saxlanılan həbsxanadan fotoreportaj hazırlayıb. Uşaqlar bu dəhşətli , üfunət qoxulu kameralarda illərlə məhkəmənin qərarını gözləyirlər.