Mingəçevir şəhərinin Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 8 saylı şəhərdaxili xətt marşrutu üzrə hərəkətdə olan Elgün Hüseynovun idarə etdiyi “Otoyol” markalı sərnişin avtobusu “VAZ 2109” və “QAZ 2410” markalı minik maşınları ilə toqquşub.
Nəticədə sərnişin daşıyan avtobus yoldan çıxaraq aşıb. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Region TV bildirir ki, dünyasını dəyişənlər1955-cü il təvəllüdlü Telman Savalan oğlu Qəmbərov, 1993-cü il təvəllüdlü Turan Ehtiram oğlu Abbasov və 1944-cü il təvəllüdlü Asif Əli oğlu Həsənovdur. Xəsarət alan 10 nəfər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Onlar 1961-ci il təvəllüdlü Bəsti Süleymanova, 1972-ci il təvəllüdlü Emilya Mirzəyeva, 1965-ci il təvəllüdlü Əhliman Zeynalov, 1962-ci il təvəllüdlü Məhburə Muradova, 1998-ci il təvəllüdlü Elton Tahirov, 1999-cu il təvəllüdlü Elvin Əliyev, 2000-ci il təvəllüdlü Rüstəm Mustafayev, 1957-ci il təvəllüdlü Tahir Səlimov, 1997-ci il təvəllüdlü Süleyman Allahverdiyev və 1965-ci il təvəllüdlü Rövşən Qasımovdur. Yaralılardan bir neçəsinin xəsarəti yüngül olduğu üçün onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Xəsarət alanlardan 3-ün isə vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
[media=https://www.youtube.com/watch?v=rspRDHh7vYI]