Bakıda kafe sahibi dövləq qulluqçusunu döyüb.
Yenilik.Az xəbər verir ki, hadisə Xətai rayonu, N.Tusi küçəsində yerləşən Azəri kafesində baş verib.
Bakı Vergilər Departamentinin Operativ Nəzarət İdarəsinin şöbə rəisinin müavini Vüqar Əhmədov yoxlama aparmaq istəyərkən özünü kafe sahibinin qardaşı kimi təqdim edən Telman adlı şəxs departament əməkdaşlarının işinə müdaxilə edərək hədə-qorxu gəlib, onları vuraraq təhqir edib.