Təyyarəni qəzaya uğradan ikinci pilot xəstəliyini gizlədibmiş

27-03-2015, 20:21   
Təyyarəni qəzaya uğradan ikinci pilot xəstəliyini gizlədibmiş
A320 təyyarəsi qəzaya uğrayan gün onun ikinci pilotu Andreas Lyubits reysə çıxmalı deyilmiş, çünki xəstəliklə bağlı məzuniyyətdə olub.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, onun evində axtarış aparan polis xəstəliklə bağlı məzuniyyət haqda cırılmış arayışa rast gəlib. Arayış reysin tarixinə uyğun gəlir.

İstintaq hesab edir ki, Lyubits şirkətdən sağlamlığı ilə bağlı problemlərini gizlədib. O, həmçinin, 2009-cu ildə təhsilini niyə başa vurmamasının səbəbini də gizli saxlayib. Məsələ ondadır ki, Andreas Lyubits öz sevgilisindən ayılmasının yaratdığı vəziyyəti çətin keçirirmiş.

Az öncə “Bild” alman nəşri bildirib ki, ikinci pilot qəzadan 6 il qabaq depressiya ilə əlaqədar psixiatrdan müalicə alıb. Müalicə ilyarım çəkib.

“Lufthansa”nın başçısı Karsten Şpor isə onun bütün testlərdən və tibbi müayinədən keçdiyini və uçuşlara icazə aldığını söyləyib.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.