Gəncədə prokurorun qızı özünü 13-cü mərtəbədən atdı - YENİLƏNİB

29-03-2015, 22:16   

Faktla bağlı araşdırma aparılır.

Gəncədə baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Moderator.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, “Mahrasa bağı” adlanan ərazidə özünü çoxmərtəbəli binadan ataraq intihar edən Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır.

11-ci sinifdə oxuyan qız özünü 13-cü mərtəbədən ataraq öldürüb.

Qeyd edək ki, F.Məmmədovanın ayağının sürüşərək 13-cü mərtəbənin pəncərəsindən yıxılması ehtimalı da var.

Araşdırmalar davam etdirilir.



Gəncədə 11-ci sinif şagirdi özün hündürmərtəbəli binadan ataraq intihar edib.

Moderator.az xəbər verir ki, APA-nınb qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin “Mahrasa bağı” adlanan ərazisində yerləşən hündürmərtəbəli binada baş verib.

Orada yaşayan 11-ci sinif şagirdi Fəridə Fuad qızı Məmmədova binanın 13-cü mərtəbəsinin eyvanından özünü ataraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.