12 yaşlı qız telefon üstündə anasını öldürmək istədi

31-03-2015, 16:41   
12 yaşlı qız telefon üstündə anasını öldürmək istədi
Hadisə ABŞ-da, Kolorado ştatında baş verib. Sivil.az xəbər verir ki, on iki yaşlı qız iki dəfə anasını öldürməyə cəhd edib.

Məsələ burasındadır ki, o, özünə bəraət qazandırmağa da ehtiyac görməyib. Səbəb isə ananın cəza kimi onun əlindən telefonunu alması olub. Uşaq düşünmədən bir "İphone" görə qətl törətməyə hazır olub.

Silah kimi isə o, hər iki cəhdi zamanı adi ağardıcıdan yararlanıb. Əvvəlcə ana səhər yeməyi zamanı südlü kokteyldən gələn kimyəvi məhsul iyini təsadüf hesab edib. Həmin gün qız şüşələri yuyurmuş - ağardıcı içkinin içərisinə təsadüfən də düşə bilərdi.

Amma ana su dolu qrafindən də eyni qoxunu hiss edəndə narahat olmağa başlayıb. Qızı ilə söhbət isə onu şoka salıb. Uşaq iki dəfə anasının içkisinə qəsdən zəhərli maddə tökdüyünü etiraf edib və bununla ondan qisas almaq istədiyini deyib. Çünki anası onun telefonunu əlindən alıbmış.

Hazırda qız islah müəssisəsində saxlanılır və o, anasına qarşı qəsd törətmək cəhdində ittiham olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.