İstanbul Polis idarəsinə silahlı basqın - daha bir terror

1-04-2015, 19:37   
İstanbul Polis idarəsinə silahlı basqın - daha bir terror
Türkiyə bir daha terrorla üzləşib. Vatan Caddesində yerləşən İstanbul Əmniyyət Müdürlüyündə atışma olub. İlkin informasiyaya görə, 2 terrorçu Əmniyyət Müdürlüyünün binasını odlu silahdan atəşə tutub. Musavat.com xəbər verir ki, onlardan biri canlı bomba - qadın olub. Olaya dərhal müdaxilə edən polislər onlardan birini zərərsizləşdirib.
Aldığı güllə yarasından terrorçu olay yerində ölüb. Atışmada 2 polis yaralanıb.
Binaya aparan yollar bağlanıb. Qaça bilən terrorçunun axtarışı davam edir.

Vurulan şəxs Əmniyyət Müdürlüyü önünde yerdə yatarkən müxbirlər tərəfindən görüntülənib. Yollar bağlanıb. Ölənin qadın olduğu və üzərində bomba olduğu iddia edildi.Qeyd edək ki, bu olay son iki gündə üçüncü terror hadisəsidir.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.