20 qadından 40 uşağı olan işsiz ata - fotolar

1-04-2015, 22:22   

İngiltərənin məşhur qəzetləri birinci səhifələrində 40 uşaqlı, 20 arvadlı "İngiltərənin ən utanmaz atası" haqqında yazıb.

Axşam.az-ın "Milliyet"ə istinadən məlumatına görə, alkoqol aludəçisi və işsiz olan Mayk Holpin həyatındakı qadınların sayı ilə fəxr etdiyini və daha çox uşaq istədiyini bildirib:

"Seksi sevirəm. Tanrı "İncil"də "çoxalt" deyir, mən də onu edirəm".

Holpin uşaqlarını küçədə görsə, tanımayacağını deyib. O, övladlarının ancaq bəzilərinin adını bilir. Nəvələrini və uşaqlarını unutmamaq üçün onların adını bədəninə döymə etdirib.

Holpinin qadınlarından olan 16 uşağı isə dövlət qayğısındadırlar. Qadınlara sadiq olmadığı üçün 20 fərqli qadından 40 övlad atası olan Mayk 10 ildir ki, heç bir yerdə işləmir. O, vergi vermədən, dövlət yardımı hesabına yaşayır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.