Bu gün saat 12:00-13:00 radələrində Sumqayıtda intihara cəhd baş verib.
Belə ki, naməlum şəxs "Karvan" ticarət mərkəzinin yaxınlığında ticarət obyektlərindən birinin üstünə qalxıb və müxtəlif şüarlar səsləndirib. Binanın üzərində "Rüşvət - işləyən tək ali qanundur" sözləri yazılıb. Şahidlərin sözlərinə görə, bu yazıların müəllifi də elə intihar etmək istəyən şəxsin özü olub. O, həyatda hər şeydən bezdiyi və özünü öldürmək istədiyini bildirib. Hadisə yerinə toplaşan yüzə yaxın insanın çağırışlarına məhəl qoymayan şəxs özünü atacağını deyib. Polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.
Hadisə yerindən olkə.az-ın oxucusu Elşən Yəhyəyevin göndərdiyi görüntüləri sizə təqdim edirik:
//olke.az
[media=https://www.youtube.com/watch?v=gVDeTbuJ2qI]