"Qulağıma "atanı öldür" dedi" - atasını öldürən aktyor

5-04-2015, 15:11   

Bir neçə gün əvvəl atasını öldürən türk aktyor Orxan Şimşək baş verənləri danışıb
Axşam.z-ın acunn.com-a istinadən məlumatına görə, o, illərdir atası ilə yola getmədiyini, atasının ona hər zaman xor baxdığını, qardaşına daha çox atalıq etdiyini bildirib:
"İki il əvvəl atamın İstanbuldakı evində qalanda dözə bilməyib üstünə bıçaq çəkdim. Özünü pəncərədən atdı. Həmişə şəxsi həyatıma qarışırdı, qardaşımı da mənə qarşı öyrədirdi. Məni plisə şikayət etdi və bugünkü bipolyar pozuntuya (depressiv psixoloji xəstəliK) tutuldum. Məşhurluq imicimi zədələyirdi. Yenə atamdır deyib səsimi çıxartmadım, 25 gün xəstəxanada yatdım. Dindar deyildi, amma özünü ətrafa elə təqdim edirdi. Ona dedim ki, səni Adıyamana dinin doğru ibadət üsulunu göstərməyə aparacağam. O da qəbul etdi. Yolda sanki kimsə qulağıma "atanı öldür, sonra gəl" dedi. Bbir tarlada dayandıq. Fürsət tapıb bıçağı boğazına dirədim. "üzr istəyirəm, oğlum" deyincə fikrimdən daşınırdım, amma əlimi dişlədiyi üçün əsəbləşdim".
Atasını dəfələrcə bıçaqlayan aktyor yaxınlıqdakı çayda dəstəmaz alıb, sonra isə polisə təslim olub.
İfadəsi zamanı O.Şimşəyin iki tələbi olub: edam olunmaq ya da tək hücrəlik kamerada yataraq müalicə almaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.