Lerik rayon icra başçısının müavini Cəlil Baxşiyevin qardaşı ağır qəza keçirib.
Axar.az xəbər verir ki, Zəfər Baxşiyev rayonun Zuvand ərazisində baş verən yol qəzasında ağır xəsarət alıb. Onunla birlikdə əmisi oğlu da olub.
Onların sərxoş olduğu deyilir. Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Z.Baxşiyevin vəziyyəti ağırdır. Z.Baxşiyev Kələxan bələdiyyə sədri vəzifəsində çalışır.