Azərbaycanlı qadın iki uşağını atdı, məşuqu ilə getdi

7-04-2015, 22:49   
Azərbaycanlı qadın iki uşağını atdı, məşuqu ilə getdi
Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın Nuranə Quliyevanın həyat yoldaşı danışdı.

Milli.Az publika.az-a istinadən bildirir ki, hazırda sığınacağa yerləşdirilən 4 və 7 yaşlı uşaqların atası Musa Karamercanın bildirdiyinə görə, qadının uşaqları küçəyə atıb getməsinə səbəb sevgilisinin olmasıdır. Bütün olanlarda həyat yoldaşını ittiham edən ata onları sığınacağa yerləşdirsə də, uşaqlarla tez-tez əlaqə saxladığını deyir:

“O, iki uşağı atıb getdi. Mən sonradan öyrəndim ki, onun sevgilisi olubmuş. Əslində, 2-3 ay idi ki, ondan şübhələnirdim. Rəfiqələri mənə dedilər ki, bir sevgilisi var, onunla görüşür. Gərək bəzi hərəkətlərini görüb daha əvvəl ondan boşanaydım. Mən usta işləyirdim, qazancım az olduğuna görə də bu problemlər çıxdı. İndi məcbur olub uşaqları müvəqqəti sığınacağa vermişəm. Mən bir həftədir ki, işə çıxmışam, tez-tez onların yanına gedirəm və həftədə bir dəfə uşaqları evimə gətirirəm. Bazar ertəsi yenidən sığınacağa qaytarıram”.

Onları evində saxlaya bilmədiyini deyən M. Karamercanın sözlərinə görə, bunun üçün evdə xanım olmalıdır: “Mən işdə oluram, onlara baxmaq üçün xanım olmalıdır. Belə xanımı haradan tapım? Hazırda Badamdarda santexnik işləyirəm. Uşaqları sığınacağa müvəqqəti vermişəm. İmkan tapan kimi onları sığınacağdan çıxaracam və özüm saxlayacağam”.

N. Quliyeva ilə rəsmən evli olduqlarını deyən M. Karamercanın sözlərinə görə, hazırda boşanmaq üçün işləri məhkəmədədir.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.