Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Bingöl vilayətindən Türkiyə Böyük Millət Məclisinə deputatlığa namizədliyini təqdim edən Cəlal Ayrancı intihar edib.
ANS PRESS-in məlumatına görə, Ayrancı Riksos Oteldə silahla özünə başından atəş açıb.
Bir qədər əvvəl Bingöl vilayətindən milli məclisə namizədlərin adı açıqlanmışdı.
Namizədlər arasında Ayrancının adı olmayıb. İntiharın da məhz bu səbəbdən baş verdiyi ehtimal edilir.
Cinayətlə əlaqədar istintaq araşdırması başladılıb.
Mənbə
ANS PRESS