Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbəsi intihar edib.
ANS PRESS-in məlumatına görə, Oksana Rusiyanın paytaxtı Moskva şəhərinin Şvernikov küçəsində yerləşən yataqxananın 16-cı mərtəbəsindən özünü atıb.
23 yaşlı qızın bu dəhşətli addımı müşahidə kameralarında qeydə alınıb. Tələbənin intiharının əsas səbəblərinin sevgi əzabı və dövlət imtahanı öncəsi yaşadığı stress olduğu bildirilir.
Hadisənin baş verdiyi gün - 7 apreldə ali təhsil müəissəsində dövlət imtahanı keçirilib. Oksana bir müddət fakultədə olsa da, imtahanın keçirildiyi auditoriyaya girməyib. Kadrlarda görünür ki, yataqxanaya qayıdan tələbə dəhlizdə tək irəliləyir. Lakin 3 dəqiqə keçməmiş qız pəncərədən aşağı düşür.
[media=https://www.youtube.com/watch?v=00Y_6FZzBMo]