Bakıda, Xətai rayonunda yerləşən həbsxanada dustaqlar arasında dava düşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, 7 saylı Cəzaçəkmə Müəssisəsində dustaqlar dalaşıb.
Davada 1971-ci il təvəllüdlü Vüqar Muxtarov 1973-cü il təvəllüdlü Münsif Xəlilovun başından taxta ilə vurub. M.Xəlilov hadisə nəticəsində yaralanıb.
Faktla bağlı araşdırma aparılır.