27 yaşlı Jo Gilşrist adlı qızın həyatı ən yaxın rəfiqəsinin makiyaj fırçasından istifadə etdiyi üçün kabusa çevrilib. Publika.az "Daily Mail"-ə istinadən xəbər verir ki, Jo üzündəki sızanağı gizləmək üçün tonal kremdən istifadə edərkən rəfiqəsinin makiyaj fırçasından istifadə edib. Rəfiqəsinin üzündə stafilokok bakteriyasının olduğu onun ağlına belə gəlməyib. Sızanağın içərisinə daxil olan bakteriyalar bir müddət sonra orqanizmdə yayılıb və qızın onurğasına zərər verib. Dəhşətli ağrılarla xəstəxanaya aparılan Joya antibiotiklər vurulsa da, həkimlər onu iflic olmaqdan xilas edə bilməyiblər. Kiçik bir səhv üzündən əlil arabasına məhkum olan qız hələ də özünü bağışlaya bilmir.
Qeyd edək ki, alimlər stafilokok bakteriyasının bir çox insanın dərisində yaşadığını bildirirlər. İmmuniteti zəif, allergiyaya meyilli insanlarda ciddi infeksiyalara səbəb olur. Mütəxəssislər gigiyenik qaydalara əməl etməyi və başqalarının şəxsi əşyalarından istifadə etməməyi məsləhət görürlər. (olaylar.az)