İndoneziyada 21 yaşlı Mario Stiven Ambarita təyyarənin təkərləri arasında 1300 km səyahət edib. Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, gənc oğlan İndoneziyanın paytaxtı Cakartaya təyyarənin təkər yerində gizlənərək gedib. Yerdən təqribi 5000 m yüksəklikdə səyahət edən Ambarita temperaturun mənfi 15 dərəcəyə düşməsi nəticəsində donub. Bununla belə, o səyahətini salamat başa vura bilib. Mütəxəssislər mənfi 15 dərəcədə 1300 km səyahət edən gəncin sağ qalmasını möcüzəvi adlandırır.