Avtobusda arvadını öldürən kişidən yeni xəbər

10-04-2015, 12:39   
Avtobusda arvadını öldürən kişidən yeni xəbər
Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu avtobusda arvadını öldürən şəxslə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 20:50-də paytaxtın Yasamal rayonu ərazisində 135 №-li şərnişin avtobusunda 1962-ci il təvəllüdlü Namik Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il təvəllüdlü Fatma Şəmiyevanın bədəninin müxtəlif nahiyələrinə üstündə gəzdirdiyi bıçaqla vurub.

Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisəni törədən N.Məmmədov isə qaçıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

N.Məmmədov rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayət əməlini etiraf edib. O, cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.