Müəllimə 37 uşağa təcavüz edib

10-04-2015, 13:48   

ABŞ-ın Florida əyalətində 30 yaşlı ingilis dili müəlliməsi yetkinlik yaşına çatmayan şagirdləri ilə cinsi əlaqədə olduğuna görə 555 il müddətinə həbs oluna bilər.

Axar.az xəbər verir ki, gözlənilən cəzanı alsa, ömrünün geri qalanını həbsdə keçirəcək Cenifer Kristin Fitçerin 37 cinsi zorakılıq hadisəsinin hər birinə görə 15 il həbs olunması müzakirə mövzusudur.

Məhkəmənin qərarı iyulun 2-də açıqlanacaq.

Qeyd edək ki, bir müddət əvvəl müəllimənin şagirdlərindən hamilə qaldığı və körpəsini abort etdirdiyi də ortaya çıxmışdı. 17 yaşlı şagirdin ailəsinin əlaqənin fərqinə varması ilə üzə çıxan təcavüz hadisəsi digər qurbanların polisə müraciət etməsi səbəbindən böyüyüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.