77 yaşlı kişi bacısı qızını iş yerində öldürdü

10-04-2015, 13:53   
77 yaşlı kişi bacısı qızını iş yerində öldürdü
Gəncə şəhərində qətl hadisəsi törədilib. Hadisə bu gün - aprelin 10-da saat 13 radələrində qeydə alınıb.

Gəncə şəhər 4 saylı Enerji Təchizat Stansiyasında işləyən 1968-ci il təvəllüdlü Kifayət Əmir qızı Əhmədova iş yerində dayısı, 1938-ci il təvəllüdlü Qəzənfər İsaq oğlu İsgəndərov tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır (APA).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.