Şahın tüklü hərəmxana qadınlarının sirri - FOTOLAR

11-04-2015, 17:16   

İranın türk əsilli Qacar hökmdarlarından olan Nəsrəddin şahın hərəmxanasının fotolarının mətbuatda yayımlanması artıq bir müddətdir müzakirələrə yol açıb. Bir çoxları XIX əsrin ortalarından əsrin sonlarına qədər İrana hökmdarlıq etmiş Nəsrəddin şahın şəkillərinin məhz indi mətbuata ötürülməsinin heç də təsadüfi olmadığı qənaətindədir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Publika.az-a bildirib ki, hərəmxana fotolarının bu günlərdə Rusiya mətbuatı tərəfindən yayılması xüsusi məqsədlərə hesablanıb: “İlk öncə Nəsrəddin şahın hakimiyyətə gəlişindən söhbət açmaq istərdim. Qeyd edim ki, heç vaxt ölkəyə hökmranlıq etmək niyyətində deyildi. Hətta ona şahlıq təklifi edənlərə mənfi cavab vermişdi. O, türk dilində danışır, yazırdı. Elmi çox sevən Nəsrəddin şah günlərini təbiət qoynunda keçirməyi çox sevirdi. Başqa sözlə desəm, idarəçiliyə marağı olmayan şəxs idi. Onu şahlıq təklif edəndə bildirdilər ki, böyük İran – fars imperiyasına rəhbərlik edəcəksən. Sən bu əqidəyə xidmət edəcəksən. Bu səbəbdən iki il ərzində fars və fransız dillərini öyrəndi. Həmin dillərdə danışmağa başladı”.

Nəsrəddin şah hökmranlığa başlayandan sonra sələfləri ilə müqayisədə fərqli siyasət yürütməyə başlayır: “Rəhbəri olduğu dövlətin Fransa ilə əsas əməkdaşlıq kursunu yürüdən Nəsrəddin şah fransız iş adamlarına ölkəsində hər cür şərait yaratmağa, İranın qapılarını əcnəbi investorların üzünə açmağa başladı. Elmə xüsusi önəm verən, Qacar sülaləsindən olan hökmdar İrandan xeyli gənci Qərb ölkələrinə təhsil almağa göndərdi”.

Nəsrəddin şah habelə Rusiya ilə əməkdaşlığı genişləndirməyə üstünlük verirdi. Bu səbəbdən şimal qonşu ilə münasibətləri korlamamaq üçün Şimali Azərbaycanı Rusiyanın ərazisi kimi qəbul edirdi: “Onun türk olmasına baxmayaraq, həmin dövrlərdə İran ordusuna xeyli sayda erməni hərbçiləri yerləşdirməyə başladılar. Həmin əsgərlərin və zabitlərin sayı minlərlədir. Milliyyətcə erməni olanlar hətta İranın yüksək dairələrinə nüfuz etməyə də müvəffəq oldular. Bu səbəbdən də onun ətrafında ermənilər çoxluq təşkil edirdi”.

Ermənilər Nəsrəddin şahın ətrafında öz dairələrini genişləndirdikdən sonra qızlarını könüllü şəkildə hərəmxanaya verir, orada yerləşdirirdilər: “Onların əsas hədəfi hakimiyyətdə üstünlük qazanmaqdan ibarət idi. Qafqazın bu xalqının öz qadınlarından istifadə etməsi tarixdən məlumdur. Ermənilər belə siyasət ilə İranda siyasi işlərini qaydaya salmağa çalışırdılar”.

Qacar şahının hərəmxanasının fotolarının rus fotoqrafı tərəfindən çəkildiyini deyən siyasi elmlər üzrə fəlsəfə doktorunun sözlərinə görə, Nəsrəddin şahın onlarla arvadı olub. Bu arada diqqətimizi bir məqam cəlb etdi. Məsələ burasındadır ki, hərəmxana fotolarındakı qadınların çoxu kişiyə oxşayır. Fotodakı qadınların bir çoxunun üzündəki tüklər bu baxımdan diqqətçəkəndir.

Zaur Əliyev bu təzadı belə əsaslandırdı: “İstənilən mütəxəssisdən soruşsanız, deyəcək ki, 30 yaşdan sonra erməni qadınlarının üzlərindən tük çıxır. Fotolardakı qadınların da çoxu milliyyətcə ermənilərdir. Nəsrəddin şahın dövründə hərəmxanada xacələr də vardı. Onlara hərəmağa deyirdilər. Ümumiyyətlə, onun 100-ə yaxın arvadı olub. Həmin qadınlar arasında milliyyətcə türklər də, farslar da, ruslar da, Avropadan gətirilmiş ayrı-ayrı qadınlar da vardı. Bu insanların dünyagörüşləri də fərqli idi”.

O ki qaldı hərəmxanadakı qadınların geyimlərinə, bu, Nəsrəddin şahın 70-ci illərdə Rusiyaya səfəri ilə bağlıdır: “Rus çarının dəvəti ilə Peterburqa qonaq gələn İran şahı burada baletə tamaşa edir. Səhnədəki rəqqasların paltarları onun çox xoşuna gəlir. Həmin səbəbdən də Nəsrəddin şah ölkəsinə qayıtdıqda arvadlarının həmin paltarları geyməsi ilə bağlı tapşırıq verir. Bunun üçün xüsusi libaslar tikilir”.

İngiltərənin İranla gizli danışıqlarının olduğunu deyən ekspert bildirdi ki, sövdələşmələrin sonu məxfi müqavilə ilə nəticələnib: “Həmin müqaviləyə əsasən İranda neftdən gələn gəlirdən qazanc götürən ingilislər Qacarlar ailəsinə müəyyən miqdarda faiz ödəməli idilər. Sənədin digər hissəsində isə qeyd olunub ki, faiz məbləği ingilislər tərəfindən Qacar sülaləsinin mövcudluğunun sonuna qədər ödənilməlidir. İngilislər İranda yeni neft yataqlarının axtarışına başladılar və külli miqdarda gəlir əldə etdilər. Lakin indi İngiltərənin hakimiyyət orqanları həmin müqavilənin üzə çıxmasını istəmir. Məsələ burasındadır ki, belə olan təqdirdə İran, İngiltərə, habelə digər dövlətlər Qacar ailəsinə təzminat ödəməlidir”.

Ekspert bildirdi ki, Rusiya mətbuatı tərəfindən bu fotoların indi ictimailəşməsi həmin ölkənin İrana və İngiltərəyə qarşı təzyiq vasitələrindən biridir. Görünür, fotoların yayılmasının altılıq ölkələrinin danışıqları ilə eyni vaxta təsadüf etməsi də bu zərurətdən irəli gəlib.






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar