Keçmiş rəisin oğlu qəza törətdi: 2 ölü, 8 yaralı

12-04-2015, 23:36   
Keçmiş rəisin oğlu qəza törətdi: 2 ölü, 8 yaralı
Lənkəran-Astara yolunun üstündə yerləşən "Şah sarayı" restoranının qarşısında ağır qəza baş verib.

Hadisə şahidlərinin Arqument.az-a verdiyi məlumata görə, "Mersedes" markalı avtomobillə VAZ 2106 markalı avtomobilin toqquşması nəticəsində 10 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb, ancaq 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər 8 nəfər şəxsin isə vəziyyəti ağırdır.

Verilən məlumata görə, qəzaya səbəb olan "Mersedes" markalı avtomobilin sürücüsü Astara rayonunun keçmiş polis rəisinin oğludur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.