İŞİD-çi kamikadzenin olduğu avtomobil kürd silahlıları tərəfindən partladılıb.
ANS PRESS-in məlumatına görə, partlayış zamanı avtomobil havaya uçub və göydə partlayaraq parçalanıb.
Hadisə İraqda Kərkük əyaləti ərazisində olub. İŞİD-çi kamikadzenin avtomobilinin partladılmasının unikal kadrları sosial şəbəkəyə düşüb.
İlkin informasiyaya görə, kürd silahlıları döyüşçülərin getdiyi avtomobili görüb və onu məhv etməyə çalışıb. Döyüşçülərin maşına atdığı mərmi nəticəsində yük maşını bir neçə metr havaya uçub və göydə partlayıb.
Partlayış nəticəsində maşın bır neçə hissəyə bölünərək parçalanıb.
Qeyd edilir ki, İŞİD-çi kamikadzelər nadir hallarda terror aktlarının təşkili üçün partlayıcı maddə ilə dolu avtomobillərdən istifadə edirlər.
[media=https://www.youtube.com/watch?v=lzhKXfnL8go]