İŞİD terror təşkilatı yenidən baş kəsmə görüntüləri ilə gündəmə gəlib.
Musavat.com-un məlumatına görə, İŞİD-çilər bu dəfə dinə söydüyü iddiası ilə bir nəfəri dəhşətli şəkildə öldürüb. Hadisə Suriyanın Həma şəhərində baş verib. İŞİD-çilər dinə söydüyü iddia edilən bir nəfərin əlini və gözünü bağlayaraq şəhər meydanına gətirib.
İŞİD-çilər həmin şəxsin başını balta ilə kəsiblər. Dəhşətli hadisənin şəkilləri İŞİD-çilər tərəfindən internetdə yayımlanıb.