Qadınları Türkiyədə cinsi istismara məruz qoyan həmcinsləri saxlanılıb.
Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən sakini Nəcibə Doldolovanın qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoyması müəyyən edilib.
Polis faktla bağlı araşdırmalara başlayıb.