Hollandiya Mərkəzi Bankı rəhbər vəzifədə çalışan 46 yaşlı qadını işdən çıxarıb.
ANS PRESS-in məlumatına görə, qadın boş vaxtlarında yüksək pul müqabilində fahişəlik edirmiş.
Qadın səkkiz il ərzində bankda işləyib və həmçinin Konçita van der Vaal təxəllüsü altında öz xidmətlərini təklif edirmiş. Qadının əsl adı hələ açıqlanmır. O, banka rəhbər vəzifələrdən birini tutub.
Bank təsdiq edib ki, onlar əməkdaşının ikili həyatı barədə məlumatlıdırlar və onu tədqiq etdikdən sonra Konçitanı işdən çıxarıblar. Çünki qadının ədəbsiz davranışı bankın reputasiyasına ziyan vurur.
Əslində, fahişəlik Hollandiyada leqallaşdırılıb, ancaq seks-biznesin işçiləri yerli ticarət palatasında qeyd edilməli və gəlirdən vergi ödəməlidir.