Bakıda qadın qonşu kişinin hücumuna məruz qaldı

17-04-2015, 13:33   
Bakıda qadın qonşu kişinin hücumuna məruz qaldı
Bakının Binəqədi rayonunda kişi qadını bıçaqlayıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə aprelin 16-da Binəqədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Məryəm Namazova yaşadığı evdə qonşusu Azər Əfəndiyev tərəfindən bıçaqlanıb. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerlşdirilib.

Hadisə barədə məlumat alan kimi Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əfəndiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.