Meksikanın Tamaulipas ştatının Reynos şəhərində polislə mafiya arasında silahlı toqquşma baş verib.
Axar.az xəbər verir ki, atışma şəhərin mərkəzi və sənaye zonası hissəsində başlayıb.
Qarşıdurmaya səbəb isə yerli mafioz qruplaşma rəhbərlərindən birinin həbs edilməsi olub. Cinayətkarlar onu həbsdən qaçırmaq istəyiblər.
Bir neçə saat davam edən atışma nəticəsində şəhərdə çoxlu sayda minik avtomobili, sərnişin avtobusları yandırılıb. Cinayətkarlar bir neçə yolu bağlayıblar. Ölən və yaralananlar haqqında məlumat verilmir.