Şəkidə tibb bacısından dəhşətli əməl

18-04-2015, 10:29   
Şəkidə tibb bacısından dəhşətli əməlBu gecə Şəkidə tibb bacısı özünü asıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Aşağı Göynük kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Mahirə Adışirin qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki talvardan asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar olunub.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı Mahirə Məmmədovanın intihar etdiyi məlum olub.

54 yaşlı Mahirə Məmmədovanın iki övlad anası olduğu və kənd tibb məntəqəsində tibb bacısı işlədiyi bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zamanı intihar edib. Lakin hadisənin dəqiq səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.