Əfqanıstanın şərqində, Nanqarxar əyalətinin Cəlalabad şəhərində iki partlayış baş verib. "Reuters" agentliyinin məlumatına görə, partlayışlar nəticəsində azı 33 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.
Partlayışların şəhərin mərkəzindəki bankın yaxınlığında törədildiyi bildirilib.
Birinci partlayışdan sonra xeyli insan yaralılara köməyə gəlib, bu zaman ikinci partlayış törədilib. Bu səbəbdən insan itkisinin sayı çox olub.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Mənbə
Reuters