Tailandda gənc bir oğlan dostundan ayrılmamaq üçün həbsə girib.
Musavat.com-un məlumatına görə, öz arzusu ilə həbsə düşdüyünü bildirən 20 yaşlı Yirapat Raçapakdi almaz üzük, bahalı saat, portmanat və 6 mobil telefon oğurluğunda şübhəli bilinib.
Gənc oğlan polisə ifadəsində bildirib ki, yaxın dostu həbsdədir və onunla birlikdə qalmaq üçün oğurluq edib. Yirapat Raçapakdi bir evdən oğurluq edərkən kameraya düşüb.
O, bildirib ki, kameranı görüb və tutulmaq üçün kameranın qarşısından bilərək keçib.
Gülnar