Nişanı qaytarılan gənc qətliam etdi

19-04-2015, 13:57   
Nişanı qaytarılan gənc qətliam etdi
Türkiyədə nişanı qaytarılan gənc çıxış yolunu qətliamda görüb.

ANS PRESS-in məlumatına görə, Manisa vilayətinin Soma rayonunda özel bir mədən ocağında fəhləlik edən Özgür Çoban 24 fevralda sevdiyi Özləm Yenerlə nişanlanıb.

Çütlük evlilik hazırlığından olarkən, qohumlar arasında narazılıqlar yaranıb. Bir-birlərini başa düşmədiklərini bildirən oğlan və qız adamları nişanı pozmağa qərar verirlər və hər iki tərəf qərarı qəbul edir.

Nişanın pozulmasını qəbul etməyən Özgür Çoban avtomobil kirayələyir və Özləm Yenergilin evlərinə doğru yola çıxır. Yolda nişanlısı və ailəsinin avtomobilini görən Çoban öz maşını ilə onların qabağını kəsir.

Evdən götürdüyü tüfənğlə keçmiş nişanlısını və onun atası Şaban Yeneri maşından düşürərək güllələyir. Sonra isə özünü vuraraq intihar edir.

Hər üçü aldıqları güllə yarasından hadisə yerində dünyalarını dəyişiblər.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.